Nazir rusiyalı həmkarı ilə görüşüb

Nazir rusiyalı həmkarı ilə görüşüb

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb.

Əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli sammiti də ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcək.

Görüşdə Azərbaycan və Rusiya arasında iqtisadiyyatın müxtəlif sahələrində mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə