Bank VTB (Azərbaycan) Hesab.az onlayn ödəniş portalı ilə birgə cari ilin 1 avqust-30 sentyabr tarixlərində "VTB (Azərbaycan) müştəriləri Hesab.az-da qazanır" adlı stimullaşdırıcı lotereya keçirir.
Oyunun şərtlərinə görə, bank VTB (Azərbaycan)-ınVisa plastik kartları ilə Hesab.az portalında qeydiyyatdan keçmiş vəən azı 10 manat məbləğində ödəniş etmiş müştərilər 1 lotereya bileti əldə edir. Hər növbəti ödəniş lotereyanın qalibi olub 200 manat qazanmaq şansını artırır. Qaliblər 5 oktyabr 2016-cı il tarixində "GoldenPay" şirkətinin ofisində tiraj komissiyasının qarşısında proqram təminatı vasitəsi ilə təsadüfi yolla müəyyən ediləcək.
Bundan başqa, lotereya oynanılan dövrdə VTB (Azərbaycan) plastik kartları ilə Hesab.az portalında ödəniş edən istifadəçilər ikiqat bonus xalları qazanır ki, bu da onların portalda keçirilən digər aksiya və kampaniyalarda hədiyyələr qazanmaq şansını artırır.
Qeyd edək ki, yalnız "Kommunal xidmətlər", "Mobil operatorlar", "İnternet", "Televiziya", "Naxçıvan","Əyləncələr" bölmələrində ödəniş edən istifadəçilərlotereyada iştirak edə bilər.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB