Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

İyunun 20-də Azərbaycan-Rusiya biznes forumu keçiriləcək SIA-nın xəbərinə görə, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, maliyyə, energetika, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur. Biznes forumda Azərbaycan və Rusiya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, təqdimatlar və ikitərəfli görüşlər keçiriləcək.. Biznes forumda iştirak etmək istəyən sahibkarlar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əlaqə saxlaya bilərlər. Əlaqə telefonu: (+99412) 598 01 47/48 E-poçt: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə