Ölkənin maliyyə sektorunda son dövrlərdə müşahidə olunan tendensiyalardan biri də müxtəlif qurumların daha çox qiymətli kağızlar buraxmağa meyllənməsidir. Bu addım banklarla yanaşı, Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən də atılır. Bəs sadə vətəndaşlar istiqrazlara maraq göstərirmi? İstiqrazlara marağın artırılması üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən iqtisadiçı-eskpert Ceyhun Xəlilov bildirib ki, hazırda Azərbaycanda istiqrazlara maraq lazımi səviyyədə deyil.
Onun sözlərinə görə, buna səbəb insanların istiqrazlara bir o qədər də inanmamasıdır: "Bilirsiniz ki, 90-ci ilin əvvələrində vauçer adlandırılan qiymətli kağızlar var idi ki, o zaman hər kəs həmin kağızlardan almağa can atırdı. Hətta iddialar va idi ki, həmin kağızlarla istənilən şəxs hər hansı bir şirkətdə payçı belə ola bilərdi. Lakin bir müddətdən sonra həmin kağızların heç bir önəm daşımadığı ortaya çıxdı və insanların maliyyə kağızlarına etibarlılığı sarsılmış oldu".
Hazırda ölkəmizdə kifayt qədər istiqrazların buraxıldığını dilə gətirən iqtisadçı-ekspert söyləyib ki, sözügedən maliyyə kağızlarını marağın artması müəyyən vaxt tələb edir: " Bu gün ölkəmizdə müxtəlif isteqrazlar çıxarılır. Lakin insanların itən etbarı nəticəsində qiymətli kağızlara tələbat yoxdur. Bir zaman insanlar ölkə banklarına qarşı inamsız idilər. Lakin zamanla görülən işlər nəticəsində insanların banklara inamı artmağa başladı. Hazırda insanlarımız öz əmanətlərini rahat şəkildə banklara etibar edirlər. Bu baxımdan hesab edirəm ki, sözügedən mailiyyə kağızlarının etibar qazanması üçün müəyyən zamana ehtiyac var. Burada əsas məsələ etibarlılıqdır. Əgər istiqrazlarla verilən vədlər öz doğruluğunu taparsa, insanların onlara inamı və marağı da artar. Əks halda, insanların istiqrazlarla bağlı fikirləri dəyişməz olaraq qalacaq".
Qeyd edək ki, Azərbaycan İpoteka Fondu tərəfindən faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə bu ilin yanvarın 13-də başlanılıb və hərraclarda bu günədək 41 mln. manat həcmində istiqraz yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB