"AtaBank"da kadr və struktur dəyişikliyi baş verib

"AtaBank"da kadr və struktur dəyişikliyi baş verib

Bankın Müşahidə Şurasının 15.03.2016-cı il tarixli, 08 saylı Protokoluna əsasən, "AtaBank" ASC-nin yeni təşkilatı strukturu təsdiq edilib.

Eyni zamanda Bankın İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb.

Səbuhi Əliyev bankın İdarə Heyəti sədrinin müavini təyin edilib.

Qeyd edək ki, S.Əliyev 2005-2014-cü illərdə "AtaBank" ASC-də çalışmış, bankın Hüquq Departamentinin direktoru vəzifəsində işləyib.

2014-2016-cı illərdə S.Əliyev "Synergy Group" ASC-də İdarə Heyətinin üzvü - Hüquq Departamentinin direktoru və Müşahidə Şurasının üzvü vəzifələrində çalışıb.

Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi vardır.

Hazırda İdarə Heyəti 5 nəfərdən ibarətdir. Bankın İdarə Heyətinin sədri Dəyanət Quliyev, sədr müavinləri isə Etibar Babaşlı, Emil Əmirov, Rauf Hüseynov və Səbuhi Əliyevdir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 136 Məlumat Mərkəzinə zəng edə, www.atabank.com saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/atabank daxil ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə