Dünya bazarında qızılın qiyməti ucuzlaşır. SİA-nın xəbərinə görə, bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 1,20% ucuzlaşıb və 1 233,03 dollar olub. Amerika və Avropa fond indekslərinin qiymətində dəyişiklik qeydə alınıb. Belə ki, Amerika fond bazarında "Dow Jones" indeksi 0,12% bahalaşaraq 18 003,75 bənd, "S&P 500" cüzi bahalaşaraq 2 091,58 bənd, "Nasdaq" isə 0,80% geriləyərək 4 906,23 bənd təşkil edib.

Avropa fond bazarlarında FTSE 100 indeksi 1,11% ucuzlaşaraq 6 310,44 bənd, Fransa CAC-40-ı 0,29% azalaraq 4 569,66 bənd, Almaniya DAX-ı isə 0,60% geriləyərək 10 373,49 bənd olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...