Şəkidə gənclər üçün treninq keçirilib

Şəkidə gənclər üçün treninq keçirilib

Aprelin 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün treninq keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzusunu əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarından səmərəli istifadə və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzu üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə