Qənirə Paşayeva bələdiyyə sədri ilə görüşüb

Millət vəkili Qənirə Paşayevanın Zonquldağda Azərbaycan parkı təklifini bələdiyyə başqanı qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyib. SİA-nın məlumatına görə, Türkiyənin Zonquldağ bölgəsində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Zonquldağ bələdiyyə başçısı Muharrem Akdemir ilə görüşüb.

Millət vəkili Q.Paşayeva da son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Zonquldağın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Zonquldağın mərkəzi parklardan birinə "Azərbycan" adının veriləcəyinə inandığını deyib və Zonquldağın bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Zonquldağ bələdiyyə başçısı Muharrem Akdemiri Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı millət vəkili Qənirə Paşayevanın Zonquldağda Azərbaycan parkı təklifini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə mütləq baxılacağını və həllini tapacağını deyib.

Bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Zonquldağda da yer alacağını bildirib: "Azərbaycan insanına Zonquldağı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək". Zonquldağ bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib.

Zonquldağ bələdiyyə başkanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Görüşdə araşdırmaçı-yazar İmdat Avşar da iştirak edib və bir sıra təkliflər ətrafında geniş müzakirələr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə