ASK-nın Fransada nümayəndəliyi açılıb

Carı ilin aprel ayında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Fransada nümayəndəliyi açılıb. ASK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Konfederasiyanın Fransadakı nümayəndəsi kimi Sərxan Sabir oğlu Ələkbərov təmsil olunacaq.

ASK-nın Fransadakı nümayəndəsinin əsas işi Fransadakı sahibkarlar üçün ölkəmizdə tərəfdaşların axtarıb tapılması, xarici ölkələrdə investisiya imkanlarının araşdırılması, ASK-nın icra etdiyi proqram və layihələrin yerinə yetirilməsində yaxından iştirak, sahibkarlığın inkişafı ilə əlaqədar müxtəlif təklif və hesabat proqramları hazırlamaqdan ibarət olacaq.

Qeyd edək ki, bugünədək Azərbaycan Sahibkarlar Konfederasiyasının bir sıra xarici ölkələrdə nümayəndəliyinin sayı 14-ə çatıb.

Ələkbərov Sərxan Sabir oğlu 1983-cü il noyabrın 27-də Bakı şəhərində anadan olub. 1989-2000-cüillərdə Səbail rayonunun 160 saylı orta məktəbində təhsil alıb. 1999-cı ildə İngiltərənin Bormus şəhərində 3 aylıq ingilis dili kursunu bitirib. 2000-2002-cü illərdə Qərb universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı dövrdə Yeni Azərbaycan Partiyasının Səbail rayonu üzrə gənclər təşkilatının sədr müavini seçilmiş və bu partiyanın üzvüdür. 2003-ci ildə Fransanın İSCİD biznes Universitetinin iqtisadi əlaqələr fakültəsinə daxil olub, 2007-ci ildə bitirib.

2005-2006-cü illərdə təhsil aldığı Çin Xalq Respublikasının Makau Universitetində 10 fransız tələbədən biri kimi ixtisasını biznesin təşkili üzrə ingilis dilində davam etdirib. Təhsilini beynəlxalq ticarət üzrə magistr proqramı ilə sona çatdırıb. ISCID-de oxuduğu illərdə, bank və sığorta şirkətində təcrübə keçib (AGF CONSEIL, BNP PARISBAS) 2008-2012-cü illərdə Fransanın Paris şəhərində "RPA Process Technologies" şirkətində alış üzrə baş mühəndis , 2012-2015-cü illərdə Fransanın "ALSTOM" şirkətində turbin biznes ehtiyyat hissələri üzrə baş alıcı vəzifələrində işləyib. 2015-ci ildən isə "SER expert consulting" şirkətinin təsisçisi və baş direktorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə