Azərbaycanda kənd təsərrüfatının inkişafı əhalinin gəlirlərini qoruyub Dünya Bankının hesabatı

Kənd təsərrüfatının inkişafı Azərbaycanda sənayedə yaranan zəifləməni kompensasiya edib. SİA-nın verdiyi xəbərə görə, Dünya Bankının Şərqi və Mərkəzi Avropa üzrə hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, 2015-ci ildə kənd təsərrüfatı sahəsindəki 4,4 faiz yüksəliş 38 faizi bu sahədə çalışan ölkə əhalisinin gəlirlərini qoruyub saxlamağa səbəb olub.

Bank ekspertlərinin qənaətinə görə, milli valyutanın dəyərinin dəyişməsi yerli fermerlərə xarici rəqibləri ilə mübarizə aparmaqda kömək edib. Belə ki, yerli istehsal və xidmət sahələrinə diqqəti artırmaqla xarici istehsalçılara qarşı mübarizə aparmaq olar.

2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəricilərində də Azərbaycanda kənd təsərrüfatı sahəsi diqqəti cəlb edir. 2016-cı ildə 4,2%, 2017 və 2018-ci illərdə isə hər il 4% olmaqla yüksəliş gözlənilir. Proqnoza görə, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Sabit inkişaf gözlənilən kənd təsərrüfatının artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə