Ekspert: “Manatın məzənnəsindəki sabitlik davam edəcək” AÇIQLAMA
"Keçən ilin dekabr ayının 21-i tarixində ikinci devalvasiya nəticəsində manatın məzənnəsi üçün yaranmış mənfi təsirlər həm hökumətin gördüyü bir sıra tədbirlər, həm də qlobal iqtisadiyyatda yaranmış nisbi sabitlik nəticəsində xeyli dərəcədə aradan götürülüb. Hazırda manatın xarici valyutalara nəzərən məzənnəsində ciddi sabitlik hökm sürür". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, Mərkəzi Bank, demək olarki, hər həftə müvafiq hərraclar keçirir və alqı-satqı nəticəsində kurs müəyyən olunur: "Əsas məqsəd ondan ibarət idi ki, dollarizasiya prosesinin qarşısı alınsın. Bu baxımdan, ölkədə banklarda yerləşdirilən əmanətlərin qarşıdakı 3 il ərzində tam olaraq sığortalanmasının qərara alınması və bu zaman manatla olan əmanətlərin sığortalanan faiz dərəcəsinin 12 %-də saxlanıldığı halda, xarici valyuta üzrə bunun 3 %-ə endirilməsi xüsusən mühüm addım oldu. Eyni zamanda, Mərkəzi Bankın uçot dərəcəsini qaldırmasını da manatı möhkəmləndirmək istiqamətində atılan ən mühüm addımlardan saymaq lazımdır".
"Hesab edirəm ki, qlobal iqtisadiyyatda yaxın müddətdə ciddi nəsə başa verməsə, manatın dəyəri üçün artıq, heç bir ciddi təhlükə olmadığını deyə bilərik. Yəni, daxili valyuta bazarında bunun üçün heç bir mənfi təzahür və s. mövcud deyil. Odur ki, yaranmış sabitlik davam edəcək. Vəziyyəti yeganə olaraq 2 amil dəyişə bilər; birincisi, neftin dünya bazarında qiymətlərinin kəskin şəkildə enməsi, ikincisi isə ABŞ Federal Ehtiyyat Sisteminin (FED) faiz dərəcəsini qaldırması. Neftin qiymətinin yenidən 30 dollara düşəcəyi ehtimalı azdır, FED-in dərəcəni qaldıracağı isə gözləniləndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB