Aİ-nin Tvinninq layihəsi Bakıda

Bu gün "Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" mövzusunda Avropa İttifaqının Tvinninq layihəsinin təqdimatı olub. SİA-nın xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən layihənin açılış mərasimində Çex Respublikasının və almaniyanın Azərbaycan Respublikasındakı səfirləri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbər şəxsləri, həmçinin benefisiar ölkə qurumlarının və Üzv Dövlətlərin nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Ramiz Həsənov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib ki, ölkə iqtisadiyyatının inkişafında başlıca sahələr olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahələrində qanunvericilik aktları Avropa təcrübəsinə uyğunlaşdırrılıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə institusional islahatlar aparılıb, Azərbaycanda ilk dəfə olaraq Milli Etalon Bazası formalaşdırılıb".

Ramiz Həsənov qeyd edib ki, hazırda icrasına başlanan sayca lll Tvinninq layihəsinin əsas məqsədi metrologiya sisteminin daha da təkmilləşdirilməsidir: "Tvinninq layihəsinin keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, metrologiya sisteminin təşkilati İdarətəetmə və planlaşdırılmasının Avropa Ittifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və metrologiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması kimi bir sıra komponentləri var".

Çıxış edən Çex Respublikasının Azərbaycandakı səfirinin müavini səfirinin müavini cənab Petr Vaqner və Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel layihənin icrasına uğurlar arzulayıblar və metrologiya sahəsində Avropa İttifaqının siyasəti və beynəlxalq əməkdaşlıq haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə Çex Metrologiya İnstitutu və Almaniyanın Fiziki-Texniki İnstitutunun yaratdığı konsorsium və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən icra ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə