"Bizim sazişlərimiz beynəlxalq əsaslarla bağlanıb". SİA-nın xəbərinbə görə, bu fikirləri energetika naziri Natiq Əliyev Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi çərçivəsində işləri davam etdirilən TAP və TANAP layihəsi ilə bağlı imzalanan sazişlər beynəlxalq əsaslarla qurulub: "Kimlər buna imza atıbsa, onlar müvafiq öhdəlik daşıyır. Yunanıstanda, İtaliyada lokal qüvvələrin müəyyən narazılıq bildirməsi bizi narahat etmir. Biz yerli güclərlə deyil, hökumətlərlə işləyirik. Beynəlxalq normalara görə, bizə hər hansı sual oluna bilməz".
Tofiq Abdulla
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB