Dollara olan tələbat 4 dəfə artdı

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün, fevralın 26-da keçirdiyi valyuta hərracında kommersiya banklarının ABŞ dollarına faktiki tələbatı əvvəlki hərraca nisbətən 3,6 dəfə artaraq 243 mln. dollara çatıb. SİA xəbər verir ki, bankların dollara olan tələbatının bu dərəcədə artmasına baxmayaraq, AMB bugünkü hərracda cəmi 50 mln. dollarlıq valyuta kütləsi satıb və faktiki olaraq real tələbatı 20,6% səviyyəsində təmin edib. Bunun nəticəsində AMB dolların fevralın 29-na olan rəsmi məzənnəsini 0,2% artıraraq 1,5655 AZN/USD-yə yüksəldib.

Bütün xəbərlər Facebook səhifəmizdə