Neft bahalaşmağa başladı

Dünya birjalarında neftin qiyməti bahalaşmağa başlayıb. Məlumata görə, dünya bazarlarında "Brent" markalı neft 2 dollardan bir qədər çox bahalaşaraq 34.87 dollara çatııb.

"WTI" markalı neftin qiymətində də 2 dollara yaxın bahalaşma olub. Dünən səhər 29.33 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 31.28 dollar təşkil edir.

Digər neft markalarından fərqli olaraq Azərbaycan neftində ucuzlaşma olub. Ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 1,54 dollar ucuzlaşaraq 32,54 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə