Rusiya iqtisadiyyatı 600 milyard dollar itki verib

Rusiya iqtisadiyyatı 600 milyard dollar itki verib

Rusiya iqtisadiyyatı 2014-cü ildən 2017-ci ilin sonlarına qədər 600 milyard dollar itki verəcək. SİA-nın Rusiyanın "Vedomosti" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, neft qiymətlərinin aşağı düşməsi və Ukrayna böhranı rus iqtisadiyyatına 2017-ci ilin sonunadək 600 milyard dollar zərər verəcək.

İqtisadi Mütəxəssislər Qrupu tərəfindən hazırlanan araşdırmaya görə, Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində ölkə 170 milyard dollar itki verib. Neft və təbii qaz ixracından qazanılan gəlirlərin azalması ilə ölkənin daha 400 milyard dollar itirəcəyi proqnozlaşdırılıb.

2014-cü ildən 2017-ci ilin sonunadək Rusiya iqtisadiyyatının artım faizi 8.4, illik artım faizi isə 2.1 faiz azalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə