2 zolaqlı yol, 4 zolaqlı olacaq

Gəncə-Qazax-Gürcüstan dövlət sərhəd yolu yenidən qurulacaq. Daha doğrusu yol genişləndiriləcək və asfalt qatı yenisi ilə əvəz ediləcək. Təxminən 130 kilometrlik magistralda tam yeni yol infrastrukturu qurulacaq. Bu məsələ ilə bağlı Avropa yenidəqurma və inkişaf bankı ilə danşıqlar aparılır.

2 zolaqlı magistral yol, genişləndirilərək 4 zolaqlı olacaq. Söhbət Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolundan gedir. Bu layihə çərçivəsində ''Azəryolservis'' Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları Avropa Yenidənqurma və İnkişaf bankının nümayəndələri ilə danışıqlar aparır.

Artıq bankın əməkdaşları paytaxa gəliblər, sözü gedən lahiyə ilə tanış olublar.

Razılıq əldə ediləndən sonra yenidən qurma işləri zamanı 16 körpü , 20 yol qovşağı və 10 yol ötrücüsünün tikintisi planlaşdırılır. Qeyd edək ki, eni 27,5 metr olacaq yolun örtüyü polimer asfalt-betondan olacaq. Yoldakı hər bir zolağın eni 3,75 metr, yol qatının qalınlığı isə təqribən 65 santimetr olacaq. Layihə üzrə nəqliyyat vasitələri üçün 23, piyadalar ucun ise və 32 yeraltı keçid nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə