Vahid Əhmədov: "Təklif olunan qanun layihələri iqtisadi inkişafa dəstək olacaq"

Vahid Əhmədov: "Təklif olunan qanun layihələri iqtisadi inkişafa dəstək olacaq"

"Təklif olunan 7 qanun layihəsinin hər biri iqtisadi inkişafa dəstək olacaq. Düzdür, Azərbaycan 2016-cı ilə müəyyən iqtisadi problemlərlə başladı, lakin atılan bir sıra addımlarla bunun qarşısı alınır". Bu sözləri Milli Məclisin növbədənkənar iclasında millət vəkili Vahid Əhmədov deyib. O, ölkədə un və çörəyin qiymətinin stabilləşdirilməsinin çox vacib qərar olduğunu qeyd edib. Deputat bildirib ki, son dövlər qəbul edilən qərarlar çox ciddi addımlardır və hər qərarın, qanunun arxasında müəyyən məbləğdə maliyyə vəsaiti dayanır. Azərbaycanın da kifayət qədər maliyyət ehtiyatları var.

Millət vəkili deyib ki, Əmanətlərin sırğortalanması və tam sığoralanması haqqında qanunlar bank sistemində sağlamlaşdırma işlərinə yardımçı olacaq, insanların banklara etibarını artıracaq.

"Təklif olunan digər qanun layihəsinə görə, Azərbaycandan kənara 50 min dollardan artıq vəsaitin köçürülməsi dövlət büdcəsinə müəyyən verginin ödənilməsi ilə bağlıdır. Bu, bank sisteminə əhalinin etibarlılığını artıracaq. Bu sənədlər çox önəmlidir. Qanun layihələrinin tətbiqinin nəticələrini bir ildən sonra görəcəyik. 7 il müddətinə avadanlıqların Azərbaycana gətirilməsinin vergidən azad edilməsi də iqtisadiyyatımızın inkişafına xidmət edəcək" - deyə,əlavə edən deputat əsas mexanizmin qanunların icrası olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə