Neftin qiymətlərinin ucuzlaşmasından mənfi təsirə məruz qalmış beynəlxalq enerji şirkətləri 2015-ci ilin əvvəlindən bu vaxtadək ümumilikdə 380 milyard dollar dəyərindəki layihələrini təxirə salmaq qərarına gəliblər.
Mərkəzi ofisi Şotlandiyada yerləşən "Wood Mackenzie" araşdırma və məsləhət şirkəti tərəfindən edilən şərhdə 2015-ci ilin ikinci yarısında 7 milyard barrel xam neft hasilatına bərabər olan 22 neft layihəsinin təxirə salındığı bildirilir. Həmin dövrə qədər isə ümumilikdə 20 milyard barrelə bərabər olan 46 neft layihəsi təxirə salınmışdı. Cəmi 27 milyard barrel xam neftə bərabər olan 68 neft layihəsinin ümumi investisiya dəyəri isə 380 milyard dollar həcmində olub. Bu investisiyaların 170 milyard dollarlıq hissəsinin 2016-2020-ci illərdə reallaşdırılması nəzərdə tutulurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB