Yanvarın 7-də yerli mətbuatın yaydığı məlumata görə, "Bloomberg" agentliyinin məzənnə diaqramında saat 21:07 radələrində manat 1.0519 AZN-ə satılıb, bir neçə dəqiqədən sonra isə o, yenidən dəyər itirərək 1.6035 AZN-a satılıb.
(luxlife.az)
Bununla bağlı SİA-ya açıqlama verən iqtisadçı Natiq Cəfərli məsələni şərh edib. O bildirib ki, bu ciddi araşdırma tələb edən bir məsələdir və bu məsələ dövlət təhlükəsizlik orqanları tərəfindən ciddi şəkildə nəzarətə alınmalıdır.

Onun sözlərinə görə, əgər bu texniki səhvdirsə o zaman heç bir problem yoxdur, çünki bəzən elektron hərraclarda texniki səhvlərin olması mümkündür: "Lakin əgər texniki səhv deyilsə, buna müəyyən izah gətirilməlidir. Xüsusilə də Mərkəzi Bank bununla bağlı müəyyən açıqlama verməlidir".
Ekspert qeyd edib ki, manatın alqı-satqısı bankların iştirakı ilə elektron hərraclar şəklində keçirilir, yəni nağd şəkildə keçirilmir: "Burada Azərbaycanın iri bankları, hətta dövlət bankları da iştirak edir və onların iştirakı olmadan belə bir əməliyyat aparmaq mümkünsüz görünür".
Natiq Cəfərli son olaraq vurğulayıb ki, əgər bu hadisə texniki səhvdirsə, o zaman burada hər hansı bir ciddi problem yoxdur lakin əgər texniki səhv deyilsə, məsələ mütləq şəkildə araşdırılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB