Quyu istismara verildi

"Qaradağ" yatağındakı 485 nömrəli quyu qazmadan sonra istismara verilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, məhsuldar qat çöküntülərinin VIII horizontuna qazılmış quyu 3200-3180 metr dərinlik intervalından hazırda sutkada orta hesabla 55 min kubmetr qaz hasilatı ilə işləyir. Quyuda istismar işləri "Azneft" İB-nin Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə