Bank VTB-yə qarşı tətbiq olunan sanksiyalar

Bank VTB-yə qarşı tətbiq olunan sanksiyalar

VTB (Azərbaycan)-ın ABŞ sanksiya tətbiq etdiyi təşkilatların siyahısına daxil edilməsi 2014-cü ilin sentyabrından tətbiq olunan sanksiyaların hüquqi qüvvəsini dəyişmir. Bank VTB (Azərbaycan) yüksək likvidlik və kapital səviyyəsini qoruyaraq ştat rejimində fəaliyyət göstərməyə davam edir. Sanksiya siyahısında konkret təşkilatların adının açıqlanması bank VTB (Azərbaycan)-dan hər hansısa alternativ qərarların verilməsini tələb etmir. Çünki tətbiq olunan sanksiyalar əsasən bankın kapitalına ABŞ-dan 30 gündən çox müddətə vəsaitin cəlb olunmasını məhdudlaşdırır.

Bank əsas vəsaitləri ölkə daxilindən cəlb edir və baş ofis VTB-nin dəstəyindən istifadə edir. Bank müştəriləri qarşısında öhdəliklərini yerinə yetirir və bildirir ki, ABŞ tərəfindən məhdudlaşdırma tədbirlərinin uzadılması bankın nə fiziki, nə hüquqi müştərilərinə təsir etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə