Astara sakininin yetişdirdiyi limon maraq doğurur FOTOLAR

Astara sakininin yetişdirdiyi limon maraq doğurur FOTOLAR

Cənub bölgəsində fermerlər müxtəlif cür sitrus meyvələri yetişdirməklə yanaşı, çalışırlar ki, yeni sortlar da əldə etsinlər. SİA-nın Cənub bürosunun məlumatına görə, Astara sakini Zəbiəli Əliyevin həyətində becərdiyi armuda bənzər limon da bu qəbildəndir.

Astara rayonunun Şiyəkəran kənd sakini Zəbiəli Əliyevin bağında becərdiyi limonlar ilk baxışdan böyük armudu xatırladır. Təsərrüfat sahibi deyir ki, bu sortu Özbəkistandan gətirib. Sonra isə calaq üsulu ilə artırmağa başlayıb.

Onun sözlərinə görə, bu limonun meyvələrinin qabığı qalın olduğu üçün şaxtaya daha davamlıdır. Ağacı isə yerli şəraitə uyğunlaşmaq baxımından əlverişlidir. Həmçinin bu limonun meyvəsi iriliyi ilə yanaşı tərkibinə görə də daha faydalı hesab edilir. Bu səbəbdən də Zəbiəli Əliyev növbəti illərdə bu sortu daha da artırmağı və kütləvi satışını təşkil etməyi planlaşdırır.

O, əmindir ki, yeni limon sortu alıcılar tərəfindən böyük maraqla qarşılanacaq.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə