Bu ilin dekabrın 1-nə olan məlumata görə, ölkədə 37 min 880 elektron imza sertifikatı əldə olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ilin əvvəli ilə müqayisədə verilən elektron imzaların sayında 32,5 faiz artım müşahidə olunub və həmin vaxt istifadədə olan e-imzaların sayı 28 min 579 ədəd təşkil edib.
Qeyd edək ki, elektron imza yalnız imzalama vasitəsi deyil, həm də "Elektron hökumət" portalına daxil olmaq üçün autentifikasiya vasitəsi və elektron xidmətlərdən istifadə üçün giriş açarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB