Metroda gecikmə olub SƏBƏBLƏRİ

Bakı Metropoliteni Xətai xəttində qatarların hərəkətində yaranmış gecikməyə ayınlıq gətirilib. SİA-nın xəbərinə görə, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, gecikmə yolları yoxlayan diaqnostika qatarının xəttə buraxılması ilə əlaqədardır: "Orada hər hansı bir problem yoxdur. Diaqnostika qatarı təlimata uyğun olaraq yolda yoxlanış aparır. Bununla bağlı sərnişinlərə də xəbərdarlıq edilib".

N.Paşayev əlavə edib ki, diaqnostika yoxlanışı artıq başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə