Ekspert: “Qızıla olan təlabat 4258 ton təşkil edəcək” AÇIQLAMA

Ekspert: “Qızıla olan təlabat 4258 ton təşkil edəcək” AÇIQLAMA

"Qızıla olan tələbatı 2015-ci il üçün uğurlu hesab etmət olmaz. Buna baxmayaraq 2016-cı ilin prespektivinə HSBS ekspertləri neytral optimizm ilə baxırlar. Sözügedən bankın qiymətli metallar bazarları üzrə baş analitiki Ceyms Stil öz hesabatında gələn il qızılın bir troy unsiyasını (31 qram) qiymətini 1205 dollar cıvarında proqnozlaşdırır. Ticarət diapozonu isə 1205-1275 dollar arasında qiymətləndirilir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, HSBS-nin qiymətləndirilməsinə əsasən 2016-cı ildə qızıla olan dünya təlabatı 4258 ton təşkil edəcək: "Ümumi istehsal həcmi isə 3865 ton ola bilər. Yaranmış 393 tonluq defisit qiymətin artmasına təkan verəcək. 2008-ci ildən bugünədək qeydə alınmış ən böyük defisit 2016-cı ildə olacaq. Zərgərlik məmulatlarına istehsalçıları tərəfindən olan təlabat isə 2518 tondan 2618 tonadək artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə