Yol kənarlarına 1300 ədəd ağac tingi əkilib

Yol kənarlarına 1300 ədəd ağac tingi əkilib

"Yaşıllaşdırma aylığı" çərçivəsində Zaqatala rayonunun ərazisində ağacəkmə aksiyaları davam edir. Rayonun ayrı-ayrı müəssisə və təşkilatlarının, qəsəbə və kənd ərazi icra nümayəndəliklərinin, yerli bələdiyyələrin kollektivləri ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə keçirilən aksiyalarda fəal iştirak edirlər.

Noyabrın 28-də təşkil olunan növbəti aksiyası zamanı Yevlax-Zaqatala-Balakən magistral avtomobil yolunun kənarındakı boş sahələrə 1300 ədəd müxtəlif növ ağac tingi əkilib. Eyni zamanda, əvvəlki illərdə əkilən ağaclara qulluq olunub, dibləri yumşaldılıb, suvarılıb.

Yaşıllaşdırma tədbirlərinin növbəti həftələrdə də davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə