29 dekabr 2015-ci il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq. İclasın gündəliyinə bankın səhmdarlarının növbədənkənar Ümumı Yığıncağının katibinin seçilməsi, Müşahidə şurasının tərkibi haqqında məsələlər daxildir.
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB