Bərdə rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu il rayonun kəndlərində, ümumilikdə, 20 subartezian quyusu qazılıb.Bərdə rayonunun Əliyanlı və Qaradəmirçi kəndlərində yeni qazılmış subartezian quyularının istifadəyə verilməsi münasibətilə tədbirlər keçirilib. Çıxış edənlər rayonda digər sahələrdə olduğu kimi, aqrar sahənin inkişafı, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun Bala Qacar, Soğanverdilər, Əmirli, Xanərəb, Samuxlu, Əliyanlı, Kətəlparaq, Şirvanlı, Hüseynbəyli, Şahvəlilər, Xanağalı, Mirzəcəfərli, Cəyirli, Hacallı, Qazıqurdalı və Qaradəmirçi kəndlərində 650 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.Rayon rəhbərinin iştirak etdiyi tədbirdə subartezian quyuları işə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB