Vüqar Bayramov: “Ümumdaxil məhsul 7,7%-ə qədər yüksələ bilər” AÇIQLAMA
"Azərbaycan Avrasiya İttifaqına üzv olarsa, bu üzvülük ölkə iqtisadiyyatına müsbət təsiri föstərə bilər" Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.
O bildirib ki, Azərbaycanın Avrasiya İttifaqına üzv olması ölkəmizin qeyri-neft ixracatının daha da artırmasına şərait yarada bilər: "Bu halda Azərbaycanın ümumi daxili məhsulunun həcmi il ərzində əlavə olaraq 1,7% artmış olacaq. Əgər Azərbaycanda 2015-ci ildə 6% ümumi daxili məhsulun artımı proqnozlaşdırılırsa, bu üzvlük nəticəsində 7,7%-ə qədər yüksələ bilər. Avrasiya İttifaqına üzvlük məsələsində ölkənin strateji xətti də nəzərə alınmalıdır. Ona görə də biz təklif edirik ki, burada yalnız iqtisadi məsələlər deyil, eyni zamanda siyasi və xüsusilə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsi də önə çəkilsin. Azərbaycan praktiki olaraq öz torpaqlarını işğal etmiş ölkə ilə eyni İttifaqda ola bilməz. Bunu Azərbaycanın xarici işlər naziri dəfələrlə bəyan edib. Nazir Elmar Məmmədyarov bildirib ki, işğalçı ölkə ilə eyni ittifaqda olmaq nəinki beynəlxalq konvensiyaya, eyni zamanda Azərbaycanın strateji hədəflərinə uyğun deyil. İşğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan Ermənistanın olduğu İttifaqda yer ala bilər.
Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonların boşaldılması Azərbaycan tərəfindən irəli sürülən tələbdir və bu tələblə bağlı ölkəmiz birmənalı şəkildə haqlı mövqe nümayiş etdirir. Digər əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan enerji ölkəsidir. Belə olduğu halda Avrasiya İttifaqının şərtlərinə əsasən bütün siyasət, eləcə də enerji siyasəti koordinasiya edilməlidir. İlk şərt işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Yalnız bundan sonra Azərbaycan Avrasiya İttifaqına daxil ola bilər. Digər şərt isə Britaniya modelində olduğu kimi Azərbaycana enerji siyasətində güzəştlərin tətbiq edilməsidir.
Qiymətləndirmə göstərir ki, Azərbaycanın Avrasiya İttifaqına üzv olması qeyri-neft sektorunun ixracatını artırmaq qabiliyyəti baxımından vacib şərtdir. Amma bununla yanaşı, Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi şərtini irəli sürür. Torpaqlarımız azad olunduqdan sonra Avrasiya İttifaqına üzvlük reallaşarsa, o zaman ölkəmiz Britaniya modelindən istifadə etməklə ittifaqa üzv ola bilər. Bu da Azərbaycana xüsusilə enerji siyasətində mövcud qərarların qəbul edilməsi mexanizmini qoruyub-saxlamağa imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB