Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb. SİA-nın xəbərinə görə, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə İnşaatçılar küçəsinin kəsişməsi nizamlanmayan yolayrıcı hesab olunduğundan, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır ki, bu da bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.
Mərkəzin apardığı araşdırmalara əsasən qeyd olunan yol kəsişməsində yol hərəkətinin təhlükəsiz təşkil edilməsi və yarana biləcək qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə sxemdə göstərildiyi qaydada, İnşaatçılar küçəsində (Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində, 240 avt/saat) (2.1) "Baş yol üstünlük" nişanı, Məmmədhəsən Hacınski küçəsində (Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində, 222 avt/saat) (2.5) "Dayanmadan keçmək qadağandır" üstünlük nişanı, Nazim İsmayılov küçəsində isə (İnşaatçılar küçəsinə doğru hərəkət istiqamətində, 153 avt/saat) (2.1) "Baş yol üstünlük" nişanı və (7.13) "Baş yolun istiqaməti" əlavə məlumat nişanının quraşdırılması təklif edilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB