"Azərbaycan tranzit ölkəsinə çevriləcək". Bu sözləri SİA-ya Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanla Türkmənistan arasında bağlanmış enerji müqavilələrinin iqtisadiyyatımıza olan təsirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bağlanmış müqavilə hər iki istiqamətdə müsbət nəticələrə səbəb olacaq: "Bu müqavilə sayəsində Türkmənistan öz enerji daşıyıcıları dünya bazarına çox rahatlıqla çıxara biləcək. Azərbaycanın infrastrukturunda isə bu mövcud tranzit əlaqələrindən geniş istifadə etməyə imkan verəcək. Və tranzit sahəsində bizə çox böyük imkanlar verəcək. İndiyə qədər Türkmənistan öz xammalını Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə daşıyırdı. Hazırda Türkmənistanın neftayırma zavodu Avropa standartlarına uyğun olaraq modernləşdirilib. Onlarda neft məhsulları çeşidi daha da artıb. Bunların ixrac potensialı yüksəlib. İndi onlar istiqamət kimi daha səmərəli olan Azərbaycan üzərindən Avropa bazarına çıxış əldə etmək istəyirlər".
Ekspert bildirib ki, Azərbaycan bütün sahələrdə dominantlıq dərəcəsindədir və çox böyük imkanlara sahibdir: "Hazırda 13,5 minlik tankerlərə malikik. İkincisi də Azərbaycanın özünün Gürcüstanda öz terminalı var. Hansı ki, bununla çeşidli neft məhsullarını tankerlərinə yükləyə bilər. Hazırda dəmiryolu istiqamətində də bir-neçə istiqamətdə yaxşı təkliflər var.
Nəticədə bu müqavilə enerji sahəsində qonşu olan iki dövlətin daha da yaxınlaşmasına və iqtisadi əlaqələrin daha da yaxşılaşdırılmasına imkan yaranacaq. Həmçinin növbəti mərhələdə tranzitdən qazanma imkanlarına da qədəm qoymağa başlayacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB