Son zamanlar kreditlərin ləğv olunması ilə bağlı fikirlər yayılıb. Lakin məlumatın hansı əsaslarla yayılması, həqiqəti nə dərəcədə əks etdirməsi ilə bağlı məlumat yoxdur. SİA məsələ ilə bağlı iqtisadçıların fikrini öyrənib.
.jpg)
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: "Əgər kreditlər ləğv olunarsa, o zaman bankların fəaliyyəti də dayanar. Ona görə də kreditlərin ləğv edilməsi ilə bağlı fikirlər şayiədən başqa bir şey deyil. Əgər bank varsa, kredit də var. Əgər kredit inistutu yoxdursa, Bank Maliyyə İnstitutu da yoxdur. Belə bir şayiəni yayan şəxsin və ya qrupun maliyyə sistemindən və onun ölkə iqtisadiyyatında oynadığı roldan heç bir məlumatı yoxdur. Kapitalizm sistemində bu qeyri-mümkündür".
.jpg)
İqtisadçı ekspert Vüqar Bayramov: "Bu proses mümkün ola bilməz. Azərbaycanda kreditlərin ləğv edilməsi üçün hər hansı bir zəmin də yoxdur. Əksinə kreditlərin inkişaf etdirilməsi və genişləndirilməsi üçün baza var. Nəzərə alaq ki, Azərbaycanda kredit qoyuluşları artaraq 19 milyard 877 milyon manata çatıb. Bu isə o deməkdir ki, artıq 20 milyard manata yaxın kredit qoyuluşu var. Əslində statistika kredit bazarının inkişaf etməsindən və genişlənməsindən xəbər verir. Kredit bazarının genişlənməsi ilə yanaşı bank aktivlərinin həcmində də artımlar var. 2014-cü il iyul ayında Azəbaycanda kredit paketi 16.2 milyard manat idi. Hazırda isə bu məbləğ 20 milyard manat təşkil edir. Dinamika göstərir ki, kredit bazarı böyüyür. Bu gün ən əhəmiyyətli məqamlardan biri kredit paketi strukturunda dəyişikliklərin aparılmasına nail olmaqdır. Hazırda kredit paketi prosesində dəyişikliklər baş verir. Bu da həm iqtisadi, həm də qlobal iqtisadi dəyişikliklərlə bağlıdır. Kommersiya banklarının real sektora yönəltdiyi kreditlərin həcmində artımlar və dəyişikliklər ola bilər. Amma bu heç də kreditlərin ləğv edilməsi anlamına gəlmir. Hazırda banklar kredit bazarında inkişafın olduğunu göstərir. Təklif edilən kreditlərin həcmində və təkliflərdə ciddi artımlar var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB