Nicat Hacızadə: “Rusiya Avropa ölkələrinə mesaj göndərmək istəyir" AÇIQLAMA
"Rusiyanın öz pul valyutasını regiona tətbiq etməsi qeyri-mümkündür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. Onun sözlərinə görə, Rusiya vahid valyuta məsələsi ilə Avropa ölkələrinə mesaj göndərmək istəyir: "Rusiyanın zəiflədiyi bir vaxtda region ölkələrini vahid valyutadan istifadə etməyə təşviq etməsi mümkün deyil. Bu sadəcə Rusiya tərəfindən qərbə göndərilən mesajlardır. Regionda bütün ölkələrin şəxsi pul valyutası var. Bundan əlavə, qərb qüvvələri Rusiyanın hegemonluğu altında vahid valyuta tətbiq edilməsinə imkan verməz. Rusiya tərəfindən tarixdə belə təkliflər çox olub. ABŞ dolları bir çox ölkədə milli vayutadır. Ancaq bütün bunların səbəbləri var. Birincisi, Amerikanın dünyanın super gücü olmasıdır. Ancaq, Rusiyanın zəiflədiyi bir dövründə belə bir addımın atılacağı heç cür mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB