Bakı-Sumqayıt qatarında qiymətlər aşağı salına bilər AÇIQLAMA
"Bakı-Sumqayıt elektrik qatarından istifadənin qiyməti ilə bağlı dəqiq qərarı Tarif Şurası verəcək". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Qiymətlərlə bağlı təkliflərin Tarif Şurasına göndərildiyini deyən N. Əzməmmədov vurğulayıb ki, Tarif Şurası tərəfindən fərqli qərar da qəbul oluna bilər: "Biz hazırda sadəcə Tarif Şurasına qiymət təklifi etmişik. Tarif Şurası qərar verdikdən sonra isə, buna uyğun olaraq elektrik qatarlarının istifadə qiyməti müəyyənləşəcək. Yəqin ki, son qərar bizim təklif etdiyimiz qiymətlərdən fərqli olacaq. Ola bilər ki, Tarif Şurası qiymətləri aşağı salsın. Bakı-Sumqayıt qatarı Bakı Sərnişin stansiyasından çıxacaq. Qatar Keşlə, Biləcəri, Xırdalan və Güzdək stansiyalarını keçməklə Sumqayıtda dayanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB