Silk Way West yeni Boeing 747-8 Freighter təyyarəsialdı FOTOLAR

Silk Way West yeni Boeing 747-8 Freighter təyyarəsialdı FOTOLAR

Bu gün Azərbaycanın Silk Way West aviadaşıyıcı şirkəti hava gəmiləri parkına yeni Boeing 747-8 Freighter təyyarəsini əlavə edib.

Silk Way West aviaşirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla da, Silk Way West-in balansındakı Boeing 747-8 Freighter təyyarələrinin sayı üçə çatıb. 747-8 Freighter ilə yanaşı, aviaşirkət 3 Boeing 747-400 Freighter təyyarəsini də istismar edir.

Boeing korporasiyası ilə müqaviləyə əsasən, Silk Way West daha iki Boeing 747-8 Freighter alacaq. Təyyarələrin 2016-ci ilin birinci yarısında Azərbaycana gətirilməsi gözlənilir.

Silk Way West yeni Boeing 747-8 Freighter təyyarələrini almaqla, yük aviadaşımaları sahəsində biznesini əhəmiyyətli dərəcədə genişləndirmək istəyir. Yeni Boeing 747-8 Freighter təyyarəsi Sinqapur və Komatsuya (Yaponiya) uçuşlar həyata keçirəcək.

Analoji modellər ilə müqayisədə 747-8 Freighter-in rəqibləri yoxdur - o, yük aviadaşıyıcıları üçün ən aşağı istismar xərcləri, böyük yük təyyarələri sinfində maksimum səmərəlilik, həmçinin təkmilləşdirilmiş ekoloji göstəriciləri təmin edir.

Silk Way West - regionda ən iri yük daşımaları həyata keçirən aviadaşıyıcıdır. Aviaşirkət bütün dünyaya, o cümlədən Avropa, Yaxın Şərq və Şərqi Asiyaya çarter və müntəzəm reyslər həyata keçirir. Ötən il Silk Way West Airlines Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ABŞ-a uçuşlar üçün icazə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə