Əhalinin gəlirləri artıb

2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 23,6 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4% bəndi üstələyərək 5,1% olub.

Bu dövr ərzində gəlirlərin 74,1%-i son istehlak xərclərinin, 9,3%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 14%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 21,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə