Nicat Hacızadə: “İlin sonunadək neftin qiyməti 40 - 60 dollar arasında dəyişəcək” PROQNOZ

Nicat Hacızadə: “İlin sonunadək neftin qiyməti 40 - 60 dollar arasında dəyişəcək” PROQNOZ

"Neftin qiymətinin dünya bazarında düşməsi artıq mütəmadi olaraq davam edəcək. Bu, dünyada cərəyan edən son iqtisadi yeniliklər və islahatlarla əlaqədardır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. O qeyd edib ki, 90-cı illərdən fərqli olaraq dünya bazarında neftin qiyməti siyasi amillərdən asılı olaraq dəyişmir.

Onun sözlərinə görə, İranla Amerika arasındakı isti münasibətlər neftin qiymətindəki düşüşü dəyişməyəcək: "Dünya bazarında qara qızılın qiyməti bu ilin sonuna qədər 40 – 60 dollar arasında dəyişəcək. Neftin qiyməti 90-cı illərə qədər siyasi amillərdən daha çox asılı idi. İndi isə belə deyil. Hazırda neftin qiymətini siyasi amillərlə əkaqələndirmək düzgün deyil. Müəyyən təsir var, amma 1 və ya 2 faiz təşkil edir. Əsas təsir iqtisadi rəqabət qabiliyyətliliyi və tələb təklifidir. İranla Amerika münasibətlərinin müsbət formalaşması neftin qiymətinə daha çox təsir edəcək. Rəsmi razılıq olsa da, 90 gün müddətində danışıqlar praktiki müstəviyə keçəcək. Amma bununla belə, bu razılaşma neftin psixoloji həddinə ciddi təsir edir. Dünyada artıq Amerika öz neft ixracatını artırır, nəzərdə tutulur ki, günə 3 mln barel artırılsın. İranın neft ehtiyatı 150 milyarddan çoxdur. Bu da İrana imkan verir ki, ilkin mərhələdə ixracatı 1 milyon səviyyəsində saxlasın. Azərbaycanın isə neft ixracatı qeyd olunan ölkələrə baxdıqda xeyli azdır. Ona görə də, ölkə ümidini neftdən çəkməlidir. Bu planlaşdırma ilə ölkədə hər il neftdən daxil olmalar azalacaq. Neftin qiyməti bu ilin sonuna qədər mimum 40 dollar, maksimum 60 dollar səviyyəsində dəyişəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə