Yunanıstan Parlamenti kreditorların tələb etdiyi sərt təkliflər paketini qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, islahatlar proqramının ikinci paketi 230 səslə qəbul edilib. Yunanıstanı iflasdan xilas etmək üçün təklif edilən qurtuluş paketinin əvəzində, bir sıra ilkin şərtlər ortaya qoyulub. Qanun təcili olaraq layihə şəklində parlamentə göndərilib, təkliflər sərt müzakirələrdən sonra səhərə yaxın səs verməyə qoyulub. Hökumət və Avropa tərəfdarı müxalifət partiyalarından 230 millət vəkili paketin lehinə səs verib. 300 nəfərlik parlamentdə 298 millət vəkilinin iştirak etdiyi səsvermə zamanı hökumətin bəzi millətvəkilləri ilə müxalifət partiyalarından olan 63 millətvəkili paketin əleyhinə səs verib. 5 millət vəkili isə bitərəf qalıb. Səs vermədə hökumətin islahat paketinə etiraz edən "SYRIZA" Partiyasından 31 millət vəkili paketə yox deyib. Bundan öncəki səsvermədə paketin əleyhinə səs verən sabiq maliyyə naziri Yanis Varufakisin isə paketin lehinə səsverməsi diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB