Azərbaycan ŞƏT-na qoşulacaq? AÇIQLAMA

Azərbaycan ŞƏT-na qoşulacaq? AÇIQLAMA

"Azərbaycan tarixi siyasətdə daha çox milli maraqları müdafiə etməsi, eyni zamanda balanslı xarici siyasətə üstünlük verir. Azərbaycanın həm prespektivlik, həm də strateji əməkdaşlıq edə biləcəyi təşkilatlardan biri Şanxay Əməkdaşlıq Təşkilatıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

İqtisadçı bildirib ki, ŞƏT-ı 1996-cı il 26 aprel tarixində 5 ölkə tərəfindən yaradılıb: "O zaman Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan bu qurumun yaradılması ilə bağlı qərar qəbul edib. Sonra isə 2001-ci ildə Özbəkistan həmin təşkilata üzv oldu. Son illər sözügedən təşkilatın fəaliyyəti genişlənir. Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı Şirilanka, Türkiyə, Belarus, Monqolustan, Pakistan, Hindistan, İran, Əfqanıstan əməkdaşlıq edirlər. Son illər ŞƏT-nın fəaliyyətində kifayət qədər ciddi genişlənmə müşahidə edilməkdədir. Azərbaycanın ŞƏT-nın üzv olması həm iqtisadi, həm də siyasi baxımdan müsbətdir. Azərbaycan üçün keçmiş MDB ölkələri iqtisadi əməkdaşlığı olduqca vacibdir. Bizim apardığımız qiymətləndirmələr də göstərdi ki, Azərbaycana ŞƏT-na MDB ölkələrinə daha yaxından ticarət əlaqələri qurması birmənalı şəkildə Azərbaycanın iqtisadi fəaliyyətinin genişləndirilməsinə imkan verəcək. O baxımından Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini genişləndirməsi, gələcəkdə üzv ölkələrin olması birmənalı şəkildə imkan verəcək ki, Azərbaycan qeyri-neft sektorundakı ixracı artırsın. Son dövrlər Azərbaycanın qeyri-neft sektoru ixracatında artımlar müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 5 ayda Azərbaycan qeyri-neft ixracatı 35%-dən artıq böyüyüb. Bu da təbii ki, Azərbaycan üçün qeyri-neft ixracatının genişlənməsi anlamına gəlir. Azərbaycan ixracatının təxminən 1,5 milyard dolları MDB-nin payına düşür. Bu da qeyri-neft ixracatında MDB ölkələri və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin payının çox olmasından xəbər verir. Son vaxtlar Azərbaycan xaricə ixrac məhsullarını artırmağa başlayıb. Xüsusilə Azərbaycanın ŞƏT-na üzv olması qeyri-neft ixracatına müsbət təsir edəcək və bu da imkan verəcək ki, Azərbaycan sözügedən təşkilatlara üzv olan ölkələrə daha çox qeyri-neft məhsulları çıxarmağa malik olsun. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq bizim apardığımız reqressiya modeli göstərir ki, Azərbaycanın ümumdaxili məhsulun hər il əlavə olaraq 1,7% artmasına səbəb ola bilər. O da Azərbaycanın qeyri-neft sektorunda payı çox olan ölkələrin əməkdaşlığı müsbət qiymətləndirilməlidir. Bu iqtisadi baxımdan Azərbaycanın ixracatının artırılması, ölkəyə daxil olan vəsaitlərin həcminin çoxalmasına səbəb ola bilər. Azərbaycan üzvlülük ilə bağlı mövqeyində çox açıq və qəti şəkildə bildirmişdi ki, ölkəmiz işğalçı dövlət ilə bir qurumda və birlikdə olmaqda maraqlı deyil. Ancaq Azərbaycanın işğal olan ərazilərinin azad edilməsindən sonra Ermənistan ilə eyni qurumda fəaliyyət göstərməsi mümkün ola bilər. Hazırda Ermənistanın işğalçı siyasəti davam etməkdədir. Gömrük İttifaqından fərqli olaraq ŞƏT daha çox əməkdaşlığı genişləndirməsi üzərində qurulub. Nəzərə alsaq ki, burada tövsiyə xarakterli qərarlar qəbul edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə