İyunun 11-də Şabran rayonunun Zöhramı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 67 abonenti olan Zöhramı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3208 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 67 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB