SOCAR Yay Məktəbi 2015"ə qəbul davam edir DİQQƏT

SOCAR Yay Məktəbi 2015"ə qəbul davam edir DİQQƏT

"SOCAR Yay Məktəbi 2015" layihəsinə sənəd qəbulu davam edir. SOCAR-dan SİA-ya verilən xəbərə görə, layihəyə qoşulmaq istəyənlər Yay Məktəbinin şərtləri və sualları ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Layihə müddətində iştirakçılara SOCAR-ın fəaliyyət çərçivəsinə daxil olan enerji sektorunun müxtəlif sahələri barədə təlimlər keçiriləcək və təcrübi biliklərinin gücləndirilməsi məqsədilə ekskursiyalar təşkil olunacaqdır. Bundan əlavə, layihə müddətində tələbələrin istirahəti və müsbət atmosferin yaradılması üçün əyləncəli və intellektual oyunlar təşkil olunacaqdır. Yay məktəbinin ikinci hissəsində fəal iştirakçıların 5 xarici ölkəyə (Böyük Britaniya, İsveçrə, Türkiyə, Rumıniya, Gürcüstan) səfəri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə