Caspian Energy jurnalının neft-qaz və energetika sahələri də daxil olmaqla iqtisadi inkişafın əsas aspektlərinə, həmçinin alternativ energetikanın inkişaf perspektivlərinə və ekologiya məsələlərinə həsr olunmuş növbəti nömrəsi işıq üzü görüb. SİA-nın xıbərinə görə, jurnalın yeni nömrəsinin dərci Caspian Energy İnternational Media Group-un baş informasiya partnyoru olduğu 22-ci Beynəlxalq Caspian Oil & Gas 2015 sərgisi və konfransı ilə eyni vaxta salınıb.
Caspian Energy jurnalının sözügedən nömrəsində Monako Knyazlığının dövlət naziri Mişel Rojenin, eləcə də Avropa, Xəzər-Qara dənizi regionu, Şimali Amerika dövlətlərinin energetika və iqtisadiyyat nazirlik və qurum rəhbərlərinin eksklüziv müsahibələri dərc olunub.
Jurnalda Aİ və MDB məkanında baş verən əsas hadisələr, Azərbaycan neftinin II Dünya müharibəsində rolu, enerji marşrutlarının inkişaf imkanları öz əksini tapıb.
Jurnalın təqdimatı 2015-ci il iyunun 2-də 22-ci Beynəlxalq Caspian Oil & Gas 2015 sərgisi çərçivəsində keçirilib. Sərginin açılış mərasimində Caspian Energy jurnalının yeni nömrəsi Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevə təqdim edilib.
Jurnalda həmçinin Caspian Oil & Gas sərgi və konfransına aid materiallar, Monako Knyazlığının maliyyə və iqtisadiyyat naziri Jana Kastellini, Monako Knyazlığının mülki inşaat, ətraf mühitin mühafizəsi və şəhər quruculuğu üzrə naziri Mari-Pyer Qramaqlia, Qazaxıstan Respublikasının energetika naziri Vladimir Şkolnik, Kanadanın təbii ehtiyatlar naziri Qreq Rikford və Albaniyanın energetika və sənaye naziri Damian Qjiknurinin müsahibəsi yer alıb.
Caspian Energy dünyanın 50 ölkəsində yayılır. 15 il ərzində jurnalda MDB və Aİ ölkələrinin prezident və baş nazirlərin, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.
Caspian Energy jurnalının 2014-2015-ci illərdə dərc olunmuş əvvəlki nömrələrində Latviya Respublikasının baş naziri Laymdot Strauyum, Qırğızıstan Respublikasının baş naziri Coomart Otorbayev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo, Litva Respublikasının baş naziri Alqidras Butkyaviçyus, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xorvatiya Prezidenti İvo Yosipoviç, Çex Respublikasının Prezidenti Miloş Zeman, İsveçrə Konfederasiyasının Prezidenti didye Burkxalter, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, və Bolqarıstan Respublikasının baş naziri Plamen Oreşarskinin müsahibələri dərc olunub.
Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyənedilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB