Ruslan Atakişiyev: “Dollardan bir neçə ölkə əziyyət çəkir” AÇIQLAMA
"2008-ci ilin maliyyə böhranı baş verdikdən sonra, 2009-cu ilin əvvəlində Böyük 20-lərin (G-20) toplantısında ümumiyyətlə dollardan imtina edərək, regional valyutaların formalaşdırılması ilə bağlı müxtəlif təkliflər səslənmişdi". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, artıq bir neçə ölkə birləşərək vahid valyutalardan istifadə etmək qərarı veriblər. Bunun səbəbi isə həmin ölkələrin dollardan asılılığı azaltmasıdır. Dolların yüksəlməsindən ən çox əziyyət çəkən Türkiyə olub: "Bu təkliflər həmin vaxtlar Çin və Rusiya tərəfindən daha çox səslənməkdə idi. Bundan sonra isə bir neçə təşəbbüslər olmuşdu. Məsələn, Çin və Cənub –şərqi Asiya ölkələrində Çin yuanı işlənsin, yaxud da Ərəbistan yarımadasında 5 ölkənin iştirakı ilə dinar işlənsin kimi məsələlər ortaya qoyulmuşdu. Sonrakı dövrlərdə də dolların dünyada bahalaşması, Federal ehtiyatlar sisteminin faiz dərəcələrini yüksək tutması nəticəsində dolların digər ölkələrin milli valyutalarına nisbətən qiymətinin qalxması müşahidə olunmuşdu. Digər valyutaların bəzilərinin bu çərçivədə qiymətinin düşməsi başlamışdı. Məsələn, Türk lirəsinin son illərdə bir neçə faiz aşağı düşməsi də bu çərçivədədir. Son dövrlər dolların bahalaşması, yəni orta hesabla 1,6 dəfə yüksəlməsi ikinci dünya ölkələrinin beynəlxalq borclarının artmasına gətirib çıxartdı. Dollar ətrafında atılan addımlardan bir neçə ölkə əziyyət çəkir, məhz onlardan biri də Türkiyədir".
Ekspert onu da qeyd etdi ki, Rusiya artıq Azərbaycan da daxil olmaqla bir neçə ölkə ilə qarşılıqlı milli valyutalarla ticarət etməyi təklif edir. Azərbaycan da dünyada dolların kəskin bahalaşması səbəbindən milli valyutalarla ticarət məsələsinə meyllənir: "Son dövrlər dünya valyutalarında bir neçə tendensiya baş verir. Hamıya məlum olan Rusiya ilə Çin arasında yuan – rubl mübadiləsi ilə ticarətin həyata keçirilməsi, Rusiyanın bank sektorunun tənzimlənməsi qurumundan ölkəmizə gələn nümayəndələrin Azərbaycanla əməliyyatlarda rubl – manat qarşılığının həyata keçirilməsi, Türkiyə - Rusiya arasında ticarətdə rubl – lirə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər artıq gündəmə gəlib. Bu çərçivədə Azərbaycan da bu kimi təşəbbüslərə meyillənib. Xüsusən də bu kimi təşəbbüslərə meyillənmənin səbəblərindən biri, son dövrlər dünya iqtisadiyyatında dolların dəyişən məzənnəsinin təsirlərindən qorunmaq və Türkiyə - Azərbaycan arasında ticarətin stabil formalaşması və risklərin azaldılmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB