Fuad Əlizadə: “İş qrafikləri ilə bağlı narahatçılığa ehtiyac yoxdur” AÇIQLAMA
"İş qrafiklərində olunan bu dəyişiklik Əmək Məcəlləsinə uyğundur". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar ötən ay Azərbaycanda elan olunmuş "Təhlükəsiz iş aylığı"nın yekunlarına dair mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, iş saatlarının dəyişdirilməsi I Avropa Oyunları ilə bağlıdır və heç bir narahatçılığa ehtiyac yoxdur. Qanuna uyğun bir şəkildə iş qrafiklərində dəyişiklik ediləcək: "Azərbaycanda iş saatlarının qrafiki dəyişdirilib. Bildiyiniz kimi, bu yay ölkəmizdə I Avropa Oyunları keçiriləcək. Bununla əlaqədar olaraq vətəndaşların işə gəlmə və işdən getmə saatları ilə bağlı müəyyən dəyişiklik edilib. Bu da əhalinin rahat işə gəlib- getməsi ilə bağlıdır. Burda heç bir narahatçılığa ehtiyac yoxdur. İş qrafiklərində olunan bu dəyişiklik Əmək Məcəlləsinə uyğundur. Heç bir problem yaşanmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB