Namiq Xəlilov: “Tədris kursları təşkil oluna bilər” AÇIQLAMA
"Sığortaçılığın tədris olunması sahəsində bu gün Azərbaycanda boşluq var". SİA-nın məlumatına görə, bu sözləri aktuar şəhadətnamələrinin təqdimat mərasimi zamanı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə sığortanın tədrisi sahəsindəki boşluqlar doldurulmağa çalışılır. Xarici dərsliklər Azərbaycan dilinə tərcümə olunaraq tədris olunacaq: "Həmin boşluqları Dövlər Siğorta Nəzarət Xidməti Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə birlikdə doldurmağa çalışır. ASA-nın nəzdində tədris mərkəzinin formalaşdırılması prosesi gedir. İngiltərənin məşhur universitetlərindən birinin bu sahədə dərsliyi Azərbaycan dilinə tərcümə olunub. Burada sığortanın əsasları yer alır və çox maraqlı dərslikdir. Dərslik çap olunduqdan sonra onun əsasında tədris kursları təşkil oluna bilər. Müəyyən sertifikatlar verilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB