Arif Mayılov: “Vətəndaşlara elektron sağlamlıq kartı veriləcək” AÇIQLAMA

Arif Mayılov: “Vətəndaşlara elektron sağlamlıq kartı veriləcək” AÇIQLAMA

"Yeni nəsil şəxsiyyət vəsiqəsi beynəlxalq dərəcəyə malikdir". Bu sözləri bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən keçirilən brifinq zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin nümayəndəsi Arif Mayılov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, elektron şəxsiyyət vəsiqələri ilə xarici ölkələrə səfər oluna bilər. Bundan başqa 15 yaşından yuxarı vətəndaşlar üçün isə sağlamlıq kartlarının verilməsi ilə bağlı işlər görülür: "Əgər beynəlxalq əlaqələrdə bu anlaşma olarsa, bu zaman elektron şəxsiyyət vəsiqəsilə xaricə gediş – gəliş həyata keçirilə bilər. Sağlamlıq kartının elektron olaraq təqdimatına gəldikdə isə, 15 yaşdan yuxarı vətəndaşlar üçün veriləcək. Hədəf bu ilin sonuna qoyulub. Bu vaxta kimi layihənin əhəmiyyəti nəzərə alınaraq üzərində iş aparılır. Bu kartlar hazır olduqdan sonra isə, ikinci məsələ kartların təhlükəsizliyi ilə bağlıdır. Bütün bunları nəzərə alaraq layihənin istifadəyə verilməsində tələsmək lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə