ƏMDK sədr müavini: “Əmlakın məlumat bazası istifadəyə veriləcək” AÇIQLAMA

ƏMDK sədr müavini: “Əmlakın məlumat bazası istifadəyə veriləcək” AÇIQLAMA

"Hələlik biz Sumqayıt şəhərində pilot layihə həyata keçiririk". SİA-nın məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov "Azərbaycanda Daşınmaz Əmlakların Kütləvi Qiymətləndirilməsi Layihəsi"nin İctimai Təqdimatı zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.

O qeyd edib ki, 2015-ci ilin üçüncü rübündən etibarən bir dağ, bir də aran rayonu seçilərək daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi həyata keçiriləcək. İlin axırına qədər isə məlumat bazası işlək hala gətiriləcək: "Bu ilin üçüncü rübündə bir dağlıq, bir də Aran rayonu nəzərdə tutulur. Bu da şimal bölgəsində Quba və Xaçmaz rayonlarında nəzərdə tutulur. Həmin rayonlarda yerləşən daşınmaz əmlaklarında kütləvi qiymətləndirilməsi həyata keçiriləcək. Gələcəkdə respublikanın digər əraziləri, o cümlədən Bakının ərazisi də nəzərdə tutulur. İlin axırına qədər biz məlumat bazasını tam işlək vəziyyətə gətirib istifadəyə verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə