Ruslan Atakişiyev: “Neftin qiyməti 60 -70 dollardan çox olsa...” AÇIQLAMA
"Növbəti yarım il üçün neftin bir barrelinin qiyməti dövlət büdcəsində 50 dollar nəzərdə tutulur". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, əgər neftin dünya bazarında qiyməti 60 dollardan yuxarı olsa, bu zaman büdcənin artması müşahidə edilər və büdcəyə baxışda dəyişiklik ola bilər: "Bu da dünya bazarında neftin qiymətinin düşməsi və qalxmasından asılı olan bir məsələdir. Əgər dünya bazarında neftin qiyməti 60 -70 dolların üzərində olarsa, bu zaman Dövlət Neft Fondunun gəlirləri artar, bu halda vergilər vasitəsilə büdcənin artmasına gətirib çıxarda bilər".
Ekspert büdcənin 50 dollar olaraq nəzərdə tutulmasına aydınlıq gətirərkən qeyd etdi ki, bu real gəlir risklərini siğortalamaq üçün nəzərdə tutulub: "Dövlət büdcəsində 50 dollar ona görə nəzərdə tutulur ki, növbəti yarım il üçün dövlət büdcəsinin gəlir və xərclərini proqnozlaşdıran zaman, onların hesablanması vaxtı riskləri azaltmaq və real gəliri risklər üzərində formalaşdırmaq mümkün olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB