Elman Rüstəmov: “Onsuzda kreditlərdən kifayət qədər gəlir götürmüsünüz”
"Kim müqaviləsinə əsasən hansı valyuta ilə kredit götürübsə, həmin valyuta ilə də krediti geri qaytarmalıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində bankların hansı valyuta ilə kredit verməsi onların öz işidir: "Banklar öz risklərini özləri müəyyənləşdirir. Biz banklara tövsiyə edirik ki, kreditlərin vaxtını uzatsınlar. Faiz dərəcələri yüksəskdirsə, onu aşağı salsınlar. Kreditlərin verilmə müddəti 2 ildirsə, bunu 3-5 ilə çevirsinlər. Onsuz da 15-20 faizlə verdiyiniz kreditlərdən kifayət qədər gəlir götürmüsünüz. Əhalinin ziyan çəkməməsi üçün bunlar edilməlidir. Belə olmasa əhaliyə verilən kreditlərin əsas hissəsi problemli kreditlərə çevrilə bilər. Ona görə də bankların özü də bunda maraqlıdır. Bu proses başlayıb. Yaxın vaxtlarda rübün yekunları əsasında açıqlamalar veriləcək".
Elman Rüstəmovun bu açıqlaması millət vəkili Vahid Əhmədovun "nəyə görə dollar 0,78 qəpik olanda dollarla alınan kreditlər indi 1 manat 5 qəpiklə ödnəməlidir" sualına səbəb olub.
Elman Rüstəmov bir daha xatırladıb ki, kredit müqavilədə göstərilən valyuta ilə qaytarılmalıdır: "Bank müştərinin xəbəri olmadan manat kreditini dollar kreditinə çeviribsə, bu çox ciddi qanun pozuntusudur. Belə qanun pozuntuları varsa, siz bunun hamısını bizə göndərin. Bununla bağlı çox ciddi tədbirlər görəcəyik. Amma müqavilə öhdəliyində kreditin manatla və ya dollarla qaytarılması nəzərdə tutulubsa, buna əməl edilməlidir. Kursun isə önəmi yoxdur. Kim krediti hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB